"Hər zaman qələbə qazanmaq çətin olur. Xüsusən də, səfərdə 3 xal əldə etmək daha əziyyətlidi. Bir sözlə, bizi ağır 90 dəqiqə gözləyir. Azərbaycana qalib gələ bilməsək, Xorvatiya ilə matçdakı qələbənin heç bir önəmi qalmayacaq".

"Deyəsən Azərbaycanla oyunda daha çox tərləyəcəyik. Bir az da irəli gedib deyə bilərəm ki, Bakıdakı qarşılaşma Xorvatiya ilə görüşdən daha çətin olacaq". Matc.az xəbər verir ki, bunu Macarıstan yığmasının kapitanı Balaş Dzukzak deyib.

Macarlar iyunun 8-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində "Bakcell Arena"da millimizin qonağı olacaq.

Yerli mətbuata danışan Dzukzak qələbənin onlar üçün böyük önəm kəsb etdiyini söyləyib: "Hər zaman qələbə qazanmaq çətin olur. Xüsusən də, səfərdə 3 xal əldə etmək daha əziyyətlidi. Bir sözlə, bizi ağır 90 dəqiqə gözləyir. Azərbaycana qalib gələ bilməsək, Xorvatiya ilə matçdakı qələbənin heç bir önəmi qalmayacaq. Mənim arzum Avropa çempionatında oynamaqdı. Final mərhələsinə sonuncu dəfə vəsiqə qazananda yaranan atmosferi unuda bilmərəm. Minlərlə insan küçələrdə qələbəmizi qeyd edirdi. Həmin hissləri yenə yaşamaq istəyirəm".

Qeyd edək ki, macarlar millimizlə qarşılaşmadan 3 gün sonra Uelsi qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest