İspaniya La Liqasında 2024/2025 mövsümünün qalibi müəyyənləşib.

Matc.az xəbər verir ki, "Barselona" mövsümün bitməsinə 2 tur qalmış çempionluğunu elan edib.

Kataloniya təmsilçisi 36-cı turda səfərdə "Espanyol"u 2:0 hesabı ilə məğlub edib. Xallarını 85-ə yüksəldən Hans Flikin komandası ən yaxın izləyicisi "Real"ı 2 xal qabaqlayır.

Qeyd edək ki, bu, "Barselona"nın 28-ci İspaniya çempionluğudur.

"Espanyol" - "Barselona" 0:2
Qollar:
Lamin Yamal, 53, Fermin Lopes,90+5

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest