11 May 2025, 15:50
FUTBOL
"Real"ın qapıçısı Tibo Kurtua klubu ilə müqaviləsini uzatmağa yaxındır.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikola Skira məlumat verib.
Bildirilir ki, Kurtua və Madrid klubu müqaviləni 2027-ci ilin iyununa qədər uzatmaqla bağlı razılıq əldə ediblər. Belçikalı qapıçının "Real"la hazırkı müqaviləsi 2026-cı il iyunun 30-na kimidir.
Bu mövsüm Kurtua "Real"ın heyətində bütün turnirlərdə 44 oyun keçirib, 50 qol buraxıb və 14 matçda qapısını toxunulmaz saxlayıb. 33 yaşlı qapıçı 2018-ci ildən "Real"da çıxış edir.