İspaniyanın "Real" klubu yeni sol cinah müdafiəçisi transfer etməyi planlaşdırır.

Matc.az xəbər verir ki, Madrid təmsilçisi İtaliyanın "Milan" komandasının futbolçusu Teo Ernandeslə bağlı sorğu göndərib.

27 yaşlı oyunçunun müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir. Sözləşmə uzadılmasa, fransalı futbolçu yayda klubu tərk edə bilər.

Qeyd edək ki, Teo Ernandes cari mövsüm "Milan"ın heyətində 48 oyun keçirib, 5 qol və 6 məhsuldar ötürmə yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest