11 May 2025, 13:05
FUTBOL
"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeşin nümayəndələri "Əl-Hilal"ın prezidenti Fəhad bin Nafellə görüşüb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Saşa Tavoleri paylaşıb.
Portuqaliyalı 30 yaşlı futbolçuya 3 illik müqavilə təklif olunub.
Fernandeş Səudiyyə Ərəbistanı klubunda illik maaşı 30-35 milyon avro civarında olarsa, bu təklifə razı olacaq. Lakin tərəflər hələlik bu məsələdə razılığa gələ bilməyiblər.
Qeyd edək ki, bu mövsüm Bruno bütün turnirlərdə 53 oyun keçirib, 19 qol vurub və 19 məhsuldar ötürmə edib.