Əfsanəvi portuqaliyalı futbolçu Luiş Fiqu mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının final oyunu ilə bağlı sosial şəbəkələrdə video paylaşıb. Matc.az xəbər verir ki, o, "çelsi" ilə "Arsenal" arasında baş tutacaq həlledici qarşılaşmada tribunalardakı yerini alacağını vurğulayıb.

Fiqu hər kəsi oyunu izləməyə dəvət edib: "Əziz dostlar, beş gündən sonra Bakıda möhtəşəm final keçiriləcək. Mən də orada olacam. Bunu qaçırmayın".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşü saat 23:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest