"Mançester Yunayted" 27 yaşlı hücumçu Jan-Filip Mateti transfer etmək üçün "Kristal Pelas"la danışıqlara başlayıb.

Matc.az xəbər verir ki, bu barədə "L’Équipe" məlumat paylaşıb.

Bildirilir ki, "qartallar" "qırmızı şeytanlar"dan potensial transfer üçün 40 milyon funt-sterlinq (47,6 milyon avro) istəyir.

Qeyd edək ki, Mateta bu mövsüm bütün turnirlərdə 33 oyun keçirib, 15 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 20 milyon avrodur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest