"Qəbələ" İdman Klubunun təmsilçisi Nəriman Abbasov növbəti mükafatını qazanıb. Matc.az xəbər verir ki, MMA döyüşü üzrə "Fight Nights Global"ın çempionu titulunun sahibi olan idmançı "Caspian Awards" mükafatına layiq görülüb.

"Avand Production"un təşkilatçılığı ilə "Park İnn" otelində baş tutan tədbirdə mədəniyyət, incəsənət, idman və müxtəlif sahələrdə fərqlənənlər mükafatlandırılıblar. Mərasimdə Nəriman da "Caspian Awards" mükafatı ilə təltif edilib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest