Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun taleyinə aydınlıq gəlib. III Bundesliqa təmsilçisi "Proyssen" forvardı komandada saxlayacaq. Ümumiyyətlə, Münster klubu mövsümün sonunda heyətində köklü islahatlar aparmağa hazırlaşır.

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun taleyinə aydınlıq gəlib. Matc.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, III Bundesliqa təmsilçisi "Proyssen" forvardı komandada saxlayacaq.

Ümumiyyətlə, Münster klubu mövsümün sonunda heyətində köklü islahatlar aparmağa hazırlaşır. Məşqçilər korpusu hazırkı komandadan cəmi 5-6 nəfəri saxlamaq və yeni heyəti onların ətrafında formalaşdırmaq niyyətindədi. Almaniya klubunda qalacaq futbolçular arasında Dadaşov da var. Onun müqavilə müddəti gələn ilin yayına qədərdi və rəhbərlik hücumçu ilə yola davam qərarı verib.

Qeyd edək ki, Rüfət Dadaşov "Proyssen"ə ötən ilin yayında Berlin "Dinamo"sundan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest