"Ankaragücü" klubunun sabiq prezidenti Faruk Koca həbs cəzasına məruz qalıb. Matc.az xəbər verir ki, buna onun keçən mövsüm referi Halil Umut Melerə hücum etməsi səbəb olub.

Həmin davranışına görə F.Kocaya 3 il 7 ay 22 gün azadlıqdan məhrum edilmə cəzası verilib.

Qeyd edək ki, hadisə Türkiyə Superliqasının 2023/2024 mövsümünün 15-ci turunda “Rizəspor”la matçdan sonra baş verib. 1:1 hesabı nəticələnən oyundan sonra Faruk Koca hakim Halil Umut Melerə yumruqla zərbə endirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest