03 Noyabr 2024, 13:51
FUTBOL
"Barselona" "Sportinq"in 26 yaşlı hücumçusu Viktor Qyökeresi almaqda maraqlıdır və 19 yaşlı hücumçusu Vitor Rokeni də transfer müqaviləsinə daxil etmək variantını nəzərdən keçirir.
Matc.az xəbər verir ki, bu barədə "A Bola" məlumat yayıb.
Bildirilir ki, Gyökeresin müqaviləsində 100 milyon avroya vaxtından əvvəl xitam verilməsi ilə bağlı bənd var. Kataloniya klubu əsas heyətində yer almayan Rokeni "Sportinq"ə təklif edərək bu məbləği azaltmaq istəyir.
Bu mövsüm Gyökeres bütün turnirlərdə 16 matçda iştirak edib, 20 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.