UEFA Çempionlar Liqasının Liqa mərhələsində III turun oyunlarına yekun vurulub. 

Matc.az xəbər verir ki, ikinci oyun günündə daha 9 qarşılaşma baş tutub.

"Barselona" doğma meydanda "Bavariya" üzərində inamlı qələbə qazanıb - 4:1. "Lill" səfərdə "Atletiko"nu məğlub edib. "Mençester Siti" "Sparta"nı 5 cavabsız qolla darmadağın edib. "Bayer" isə Fransa səfərində xal itirib.

Qeyd edək ki, IV turun oyunları 5-6 noyabr tarixlərində keçiriləcək.

Çempionlar Liqası
Liqa mərhələsi, III tur
23 oktyabr

"Brest" (Fransa) – "Bayer" (Almaniya) - 1:1
Qollar:
Melo, 39 // Virtz, 24

"Atalanta" (İtaliya) – "Seltik" (Şotlandiya) - 0:0

"Barselona" (İspaniya) – "Bavariya" (Almaniya) - 4:1
Qollar:
Rafinya, 1, 45, 56, Levandovski, 36 // Yeyn, 18

"Leyptsiq" (Almaniya) – "Liverpul" (İngiltərə) - 0:1
Qol:
Nunes, 27

"Atletiko" (İspaniya) – "Lill" (Fransa) - 1:3
Qollar:
Alvares, 8 // Zeqrov, 61, David, 74(pen), 89

"Mançester Siti" (İngiltərə) – "Sparta" (Çexiya) - 5:0
Qollar:
Foden, 3, Haland, 58, 68, Stones, 64, Nunes, 88 (pen)

"Yanq Boyz" (İsveçrə) – "İnter" (İtaliya) - 0:1
Qol:
Turam, 90+3

"Benfika" (Portuqaliya) – "Feyenoord" (Niderland) - 1:3
Qollar:
Aktürkoğlu, 66 // Ueda, 12, Milambo, 33, 90+2

"Zalsburq" (Avstriya) – "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:2
Qollar:
Kulenoviç, 49, Petkoviç, 84

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest