15 Oktyabr 2024, 20:24
FUTBOL
İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli karyerasını ölkəsində davam etdirəcək.
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı hücumçu A Seriyasında çıxış edən "Cenoa" klubu ilə anlaşıb.
Yeni komandası ilə cari mövsümün sonunadək müqavilə imzalayacaq forvardın məvacibi 250-300 min avro olacaq.
Qeyd edək ki, Mario Balotelli son olaraq Türkiyədə "Adana Dəmirspor"un formasını geyinib.





_1763398168.jpg)
_1693390777.png)


_1763395028.jpg)


