14 Oktyabr 2024, 12:14
FUTBOL
“Qısa müddətdə ikinci oyuna hazırlaşmaq heç də asan deyil”. Matc.az xəbər verir ki, bunu Slovakiya yığmasının kapitanı Milan Şkrinyar deyib.
29 yaşlı mərkəzi müdafiəçisi Millətlər Liqasının qrup mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək qarşılaşma barədə danışıb. O, qələbə qazanmağı hədəflədiklərini söyləyib: “Bərpa olmaq və matça istədiyimiz kimi hazır olmaq üçün vaxtımız az idi. Çətin oyun olacaq. Yenə də bunun öhdəsindən gələcəyimizə inanıram”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Slovakiya oyunu saat 20:00-da başlayacaq.