Vissam Ben Yedderin keçmiş həyat yoldaşı onu psixoloji zorakılıqda ittiham edib. Matc.az xəbər verir ki, ötən ilin mayında ayrıldıqları “Monako”nun keçmiş forvardının keçmiş arvadı fevralda Ben Yedderdən hədələr, ağır psixoloji və iqtisadi zorakılıq, eləcə də təhqir, və hədə-qorxu gəldiyini bildirib.

Onun müraciəti ilə bağlı istintaq başladılıb və mayın 31-də futbolçu polis tərəfindən saxlanılıb, daha sonra heç bir ittiham irəli sürülmədən sərbəst buraxılıb. Bir müddət sonra hücumçuya qarşı zorakılıq və hədə-qorxu ilə cinayət işi açılıb. İddiaya görə Ben-Yedderin davranışı xanımın 8 gün fəaliyyət qabiliyyətini itirməsinə səbəb olub.

Nitsa prokurorluğu Ben Yedderin bu iş üzrə məhkəməsinin dekabrın 27-də keçiriləcəyini açıqlayıb.

Qeyd edək ki, ötən ay da Ben Yedderə qarşı cinsi təcavüz ittihamı irəli sürülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest