çempionlar Liqasında yarımfinal mərhələsinin ilk cavab görüşü keçirilib. Matc.az saytının məlumatına görə, bununla birinci finalçının adına aydınlıq gəlib.

"Erkən final" kimi qəbul edilən dueldə "Liverpul" "Barselona"nı qəbul edib. İlk oyunda kataloniyalıların 3:0 hesablı qələbə qazanması qarşılaşmanı daha da maraqlı etmişdi. İngilislər əsas qol "silah"ları Roberto Firmino və Məhəmməd Salahın yoxluğunda möcüzə göstərməyə çalışacaqdı.

Amma onların yoxluğu belə Yürgen Kloppun komandasına əngəl ola bilmədi.

İlk hissəni bir top fərqi ilə öndə bitirən "Liverpul" ikinci hissədə daha 3 qol vuraraq möhtəşəm geridönüşlə finala çıxdı.

 

çempionlar Liqası
Yarımfinal, cavab oyunu
7 may

"Liverpul" (İngiltərə) - "Barselona" (İspaniya) - 4:0

Origi, 7, 79, Viynaldum, 54, 56

Liverpul. "Enfild Roud" stadionu. Baş hakim: Cüneyt çakır (Türkiyə)
ilk oyun - 0:3

"Liverpul": 13. Alisson Beker, 3. Fabinyo, 4. Vircil van Dayk, 7. Ceyms Milner, 10. Sadio Mane, 14. Cordan Henderson, 23. Cerdan Şakiri, 26. Endi Robertson, 27. Divok Origi, 32. Coel Matip, 66. Trend-Aleksandr Arnold

"Barselona": 1. Mark-Andre Ter Ştegen, 3. Cerard Pike, 4. İvan Rakitiç, 5. Serxio Busqets, 7. Filip Koutinyo, 9. Luis Suarez, 10. Lionel Messi, 15. Klemen Lanqle, 18. Jordi Alba, 20. Sergi Roberto, 22. Arturo Vidal

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest