“Milan”ın sabiq futbolçusu və baş məşqşçisi Klarens Zedorf Çempionlar Liqasının “İnter” – “Mançester Siti” oyunu (0:0) barədə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, 48 yaşlı mütəxəssis görüşdə qol vurulmamasını təəccübləndiyini bildirib.

“İş ondadı ki, qol vurmaq çox asanlaşıb. Müdafiəçilər topsuz işləməkdənsə, topla oynamağa daha çox diqqət yetirirlər. İndi qol vurmaq daha asandı”.

Qeyd edək ki, Klarens Zedorf futbolçu karyerasında “Milan”la yanaşı, “Ayaks”, “Sampdoriya”, “İnter”, “Real” və “Botafoqo”nun formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest