Braziliya millisinin sabiq hücumçusu Rivaldo Vitor Borba Ferreyra millinin DÇ-2026-nın seçmə mərhələsindəki çıxışını tənqid edib.

Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat paylaşıb.

"Braziliya yığması çox pis futbol oynayır. Milli komanda çox çətin və ağır günlər yaşayır. Bu, üzücüdür və insanları qəzəbləndirir. Braziliya yığmasından qat-qat geridə olan Paraqvaya uduzmaq məyusedicidir. Paraqvay ikinci qolu vuraraq Braziliyanı məğlub etdi. Onlar irəli getməlidirlər və indi yalnız Çili yığması haqqında düşünməlidirlər, çünki Çili ilə matçda məğlubiyyət vəziyyəti xeyli çətinləşdirəcək", - Rivaldo bildirib.

Qeyd edək ki, hazırda Braziliya millisi 10 xalla qrup mərhələsində 5-ci yerdədir. Komandanı turnirin əsas mərhələsindən kənarlaşdırılma zonasından bir xal ayrır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest