14 Sentyabr 2024, 00:05
FUTBOL
"Frayburq"un və Macarıstan millisinin yarımmüdafiəçisi Roland Şallay "Qalatasaray"a keçib.
Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Transfer məbləği 6 milyon avro olub və müqavilə 2028-ci il iyunun 30-na kimi imzalanıb. Türkiyə tərəfi 27 yaşlı futbolçunun bazar dəyərinin 15 milyon avro dəyərində qiymətləndirildiyini nəzərə alaraq sərfəli müqavilə imzalayıb.
Qeyd edək ki, Şallay 2018-ci ilin yayında APOEL-dən 4,5 milyon avroya "Frayburq"a keçib. O vaxtdan bəri o, Almaniya klubunda 163 oyun keçirib, 27 qol vurub və 23 məhsuldar ötürmə edib.
Macarıstan millisində isə 54 oyun keçirən futbolçu 13 qol vurub və 9 məhsuldar ötürmə edib.