10 Sentyabr 2024, 15:20
FUTBOL
“Yuventus”un yarımmüdafiəçisi Filip Kostiç karyerasını Türkiyədə davam etdirəcək. Matc.az xəbər verir ki, 31 yaşlı oyunçu “Fənərbaxça”ya keçib.
Serbiya millisinin üzvü mövsümün sonuna qədər İstanbul təmsilçisində çıxış edəcək. Onun İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimidi. Kostiç daha əvvəl “Qroningem”, “Ştutqart”, “Hamburq” və “Ayntraxt”da oynayıb.
Qeyd edək ki, Filip Kostiç 2022-ci ildən “Yuventus”da çıxış edir. O, bu müddətdə 87 oyunda 3 qol vurub, 15 məhsuldar ötürmə verib.