İspaniya milli komandasının və "Barselona"nın sabiq müdafiəçisi Jerar Pike "Kral Dünya Millətlər Kuboku" adlı yeni turnir təşkil edir.
Matc.az xəbər verir ki, bu barədə o, özü açıqlama yayıb.
Yarış dünya futbolunun əfsanələrindən ibarət komandalar arasında keçiriləcək.
Əvvəllər Pike İspaniyada, xüsusən də veteran və hazırkı futbol ulduzlarından ibarət komandalar arasında yarışlar təşkil etmişdi. Belə ki, turnirdə İker Kasilyas, Ronaldinyo, Joan Kapdevila, Çiçarito və digər futbolçular iştirak ediblər.
"Kral Dünya Millətlər Kuboku"nun tanıtım videosunda "Real"ın hücumçusu Vinisius Junior və "Barselona"nın forvardı Lamin Yamal da yer alıb.
Vinisius layihədə iştirak edəcəyini bildirsə də, hansı vəzifədə olduğunu açıqlamayıb.