Azərbaycan millisi UEFA Millətlər Liqasında 2024-25 mövsümünə start verib.

Matc.az xəbər verir ki, yığmamız bu gün ilk oyununa çıxıb.

Komandamız Bakıda İsveç yığmasını qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda milllimiz 1:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan yığması C Liqasının 1-ci qrupunda İsveçlə yanaşı, Slovakiya və Estoniya ilə qarşılaşacaq.

Millətlər Liqası
C Liqası, I qrup, I tur
5 sentyabr

Azərbaycan – İsveç - 1:3 
Qollar: Renat Dadaşov, 82 // İsak, 65, 71, Qyökereş, 80
Hakimlər: Balaş Berke, Vensel Tot, Balaş Şert, Ksaba Pinter
VAR hakimləri: Tamas Boqnar, Katalin Kulçşar (hamısı Macarıstan)
Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan)
UEFA nümayəndəsi: Mixalis Mitas (Kipr)
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu

Azərbaycan: 23. Mehdi Cənnətov, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 3. Elvin Cəfərquliyev, 22. Abbas Hüseynov, 7. Coşqun Diniyev, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (K), 17. Toral Bayramov, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov
Ehtiyat oyunçular: 1. Rza Cəfərov, 12. Yusif İmanov, 2. Amin Seydiyev, 5. Şəhriyar Əliyev, 6. Emil Mustafayev, 10. Ozan Can Kökçü, 13. Rahil Məmmədov, 14. Rüstəm Əhmədzadə, 16. Elvin Camalov, 18. Ceyhun Nuriyev, 19. Nəriman Axundzadə, 21. Xəyal Nəcəfov
Baş məşqçi: Fernandu Santuş

İsveç: 12. Viktor Yohansson, 2. Aleks Duqlas, 4. İsak Hien, 3. Linus Valqvist, 6. Ludviq Auqustinsson, 18. Yasin Ayari, 19. Mattias Svanberq, 11. Antoni Elanqa, 21. Deyan Kuluşevski (K), 9. Aleksander İsak, 17. Viktor Qyokereş
Ehtiyat oyunçular: 1. Yakob Zetterström, 23. Kristoffer Nordfeldt, 5. Edvin Kurtuluş, 7. Lukas Berqvall, 8. Yens Kayuste, 10. Qustaf Nilsson, 13. Ken Sema, 14. Anton Saletros, 15. Karl Starfelt, 16. Niklas Eliasson, 20. Uqo Larsson, 22. Sebastian Nanasi
Baş məşqçi: Yon Dal Tomasson

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest