Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunların davam edir.
Matc.az xəbər verir ki, bu gün Olimpiya Oyunlarında sərbəst güləşçilərimiz medallar uğrunda mübarizəyə qoşulacaq.
Bədii gimnastikada Zöhrə Ağamirova təsnifat mərhələsində I hissədə top və halqa ilə hərəkətlərdə, II hissədə isə lent və gürzlərlə hərəkətlərdə bacarığını göstərəcək.
57 kq çəki dərəcəsində sərbəst güləşdə ölkəmizi təmsil edən Əliabbas Rzazadə 1/8 finalda A xalçasında özbəkistanlı Gulomjon Abdullaev ilə qarşılaşacaq.
86 kq çəkidə digər sərbəst güləşçimiz Osman Nurmaqomedov 1/8 finalda C xalçasında Monqolustan təmsilçisi Bar Erdene Byambasuren ilə üz-üzə gələcək.
67 kq çəki dərəcəsində yunan-Roma güləşçimiz Həsrət Cəfərov bürünc medal uğrunda Mate Nemeş (Serbiya) / Amantur İsmayılov (Qırğızıstan) cütünün qalibi ilə güləşəcək.
Azərbaycan idmançılarının Paris-2024 XXXIII Yay Olimpiya Oyunlarında 7 avqust tarixinə nəzərdə tutulan proqramı:
12:00. Bədii gimnastika (fərdi, top və halqa ilə hərəkətlər) Təsnifat mərhələsi, I hissə
Zöhrə Ağamirova
13:00. Sərbəst güləş (86 kq) 1/8 final, C xalçası, 8-ci görüş
Osman Nurmaqomedov – Bar Erdene Byambasuren (Monqolustan)
13:00. Sərbəst güləş (57 kq) 1/8 final, A xalçası, 9-cu görüş
Əliabbas Rzazadə – Gulomjon Abdullaev (Özbəkistan)
17:00. Bədii gimnastika (fərdi, lent və gürzlərlə hərəkətlər) Təsnifat mərhələsi, II hissə
Zöhrə Ağamirova
20:15. Yunan-Roma güləşi (67 kq) Bürünc medal uğrunda görüş, B xalçası 7-ci görüş
Həsrət Cəfərov – Mate Nemeş (Serbiya) / Amantur İsmayılov (Qırğızıstan) cütünün qalibi