06 Avqust 2024, 10:39
FUTBOL
"Mançester Yunayted"in yeni transferi Leni Yoro əməliyyat olunub. Matc.az xəbər verir ki, 18 yaşlı müdafiəçi ayağından aldığı zədədən sonra əməliyyat edilmək məcburiyyətində qalıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yoronun 3 aydan sonra sıraya dönəcəyi bildirilib.
Qeyd edək ki, "Mançester Yunayted"ə bu yay "Lill"dən keçən Yoro "Arsenal"la yoxlama oyununda zədələnmişdi.