PSJ yarımmüdafiəçisi Xavi Simonsu növbəti dəfə icarəyə verib. Matc.az xəbər verir ki, Niderland millisinin futbolçusu yenə “Leypsiq”də çıxış edəcək.

Çünki Fransa klubu onun yenidən Almaniya təmsilçisinə icarə əsasında keçməsinə razılıq verib. 21 yaşlı oyunçu 2024-25 mövsümünü “Leypsiq”in heyətində keçirəcək.

Qeyd edək ki, Xavi Simons ötən mövsüm də “Leypsiq”də icarə əsasında oynayıb. O, 43 oyunda 10 qol, 15 assistlə yadda qalmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest