“Kəpəz” ilə yolları ayrılan Latir Fal özünə yeni komanda tapıb. Matc.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi karyerasını İndoneziyada davam etdirəcək.

30 yaşlı futbolçu bu ölkənin yüksək liqa təmsilçisi “PSM Makassar” ilə müqavilə imzalayıb. Bu keçid klubun mətbuat xidməti tərəfindən rəsmən açıqlanıb.

Qeyd edək ki, Latir Fal ötən mövsüm "Kəpəz"də 21 oyun keçirib, 3 qola imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest