Brkiç yeni klubu ilə 2 illik müqaviləyə qol çəkib.

“Neftçi”dən ayrılan İvan Brkiçin yeni klubu bəlli olub. Matc.az xəbər verir ki, xorvatiyalı qapıçı karyerasını Polşada davam etdirəcək.

Belə ki, o, bu ölkənin "Motor" (Lublin) klubu ilə anlaşıb. Məlumatı Ekstraklasa təmsilçisi rəsmən açıqlayıb. Brkiç yeni klubu ilə 2 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, Brkiç “Neftçi”yə 2022-ci ilin yanvarında transfer olunmuşdu. 29 yaşlı qolkiper “ağ-qaralar”da 68 oyunda meydana çıxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest