İtaliya millisinin futbolçusu Leonardo Spinatsolanın yeni klubu müəyyənləşib. Matc.az xəbər verir ki, müdafiəçi "Napoli"yə keçib.

Tərəflər arasında rəsmi müqavilə imzalanıb. Razılaşmaya əsasən, Spinatsola 2026-cı ilin yayınadək “Napoli”nin formasını geyinəcək.

Qeyd edək ki, Spinatsolanın əvvəlki klubu “Roma” olub. O, 2019-cu ilin yayından formasını geyindiyi “canavarlar”dan müqavilə müddəti başa çatdığı üçün ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest