“Real”ın əfsanəvi “Santyaqo Bernabeu” stadionu kluba çoxlu pul qazandırmağa davam edir.

Matc.az xəbər verir ki, Madrid klubu gələn mövsüm əlavə 63 milyon qazanmağın yolunu tapıb.

Bu yay “Real” xüsusi imtiyazlı müştəriləri üçün 300 nəfər tutumu olan VİP lojalar açacaq. Bu lojaya daxil olmaq üçün kluba üzvlüyə görə 210 min avro, həmçinin oturacaq icarəsi üçün 24 min avro ödəmək lazım gələcək.

Bunlar, İspaniyanın ən zəngin insanları və “Real” azarkeşləri olan ən yaxşı idmançılar üçün əlçatan olacaq son dərəcə eksklüziv yerlər olacaq.

Qeyd edək ki, “Real” növbəti mövsümdə ilk ev matçını avqustun 25-də La Liqaya yeni çıxan “Valyadolid”ə qarşı keçirəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest