"Yaxşı hazırlıq keçmişdik. İki həftə məşq etmişdik". Matç.az saytı xəbər verir ki, bu sözləri "Neftçi"nin hücumçusu Kvame Karikari deyib.

Qanalı legioner Topaz Premyer Liqasının VIII turunun "Qəbələ" ilə oyunu (1:3) haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb: "Amma bu futboldur, bəzən belə də olur. Bu məğlubiyyəti unutdurmaq üçün çalışacağıq. Gələn oyunda 3 xal qazanmaq üçün əlimizdən gələni etməliyik. Bu mövsüm ölkə çempionatında ilk dəfə uduzduq. Ona görə də bu məğlubiyyət ağır oldu. Qarşıdakı oyunlara daha da yaxşı hazırlaşıb, bugünki səhvləri buraxmamalıyıq. Azarkeşlərimizi üzdüyümüzə görə çox məyusuq. Növbəti turlarda onları sevindirməyə çalışacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest