Bu gün 17-ci Avropa çempionatına start verilib. Matc.az xəbər verir ki, açılış oyununda meydan sahibi Almaniya Şotlandiya ilə qarşılaşıb.

A qrupunda yer alan Almaniya millisi Şotlandiyanı meydana çıxmağa peşman edib. Münhendəki “Allianz Arena”da almanlar rəqib qapısından 5 qol keçirdib.

Qeyd edək ki, A qrupunun digər görüşündə sabah saat 17:00-da Macarıstanla İsveçrə komandaları üz-üzə gələcək.

AVRO-2024
A qrupu, I tur
14 iyun

Almaniya - Şotlandiya - 5-1
Qollar: Virts, 10, Musiala, 19, Haverts, 45+1(pen.), Fulkraq, 68, Emre, 90+3 // Rudiger, 87 (aq)

Baş hakim: Kleman Turpen (Fransa).
Münhen, “Allianz Arena”

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest