CIES-in versiyasına görə, AVRO-2024-ün dörd favoriti - Fransa, İngiltərə, Almaniya və İspaniya komandaları olub.

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi “CIES Football Observatory” Avropa çempionatında qələbəyə 4 əsas iddiaçının adını açıqlayıb.

Matc.az xəbər verir ki, favoritləri müəyyən etmək üçün milli komandaların heyətinə əsasən bir sıra mürəkkəb düsturlar, indekslər və hesablamalardan istifadə edilib.

Beləliklə, CIES-in versiyasına görə, AVRO-2024-ün dörd favoriti - Fransa, İngiltərə, Almaniya və İspaniya komandaları olub.

Xatırladaq ki, 2024-cü ildə Avropa çempionatı Almaniyada baş tutacaq. Turnir iyunun 14-dən iyulun 14-dək, 10 şəhərin 10 müxtəlif stadionunda keçiriləcək. Qruplarda birinci və ikinci yerləri tutan komandalar, həmçinin dörd ən yaxşı üçüncü yeri tutan komandalar 1/8 finala yüksələcək. Turnirin pley-off oyunları olimpiya sistemi üzrə uduzan komandaların turnirdən kənarlaşdırılması ilə keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest