“Palmeyras”ın hücumçusu Luis Gilyerme karyerasını Premyer Liqada davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə məlumatı “Sky Sports” paylaşıb.

Bildirilir ki, 18 yaşlı braziliyalı “Vest Hem”lə müqavilə imzalamaq üçün bu axşam Londona uçacaq. İngiltərə klubu Gilyerme üçün 25 milyon funt sterlinq ödəyəcək.

Qeyd edək ki, ötən mövsüm Gilyerme bütün turnirlərdə 18 matçda iştirak etdi, bir qol vurub və bir məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest