Bu gün Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin ilk oyunu keçirilib.

Matc.az xəbər verir ki, I Liqanın başa çatan mövsümündə 10-cu yeri tutan “Araz Saat”lı II Liqanın ikincisi “Cəbrayıl” ilə üz-üzə gəlib. Qarşılaşma “Cəbrayıl”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İki oyunun nəticəsinə əsasən qələbə qazanan tərəf növbəti mövsüm üçün Azərbaycan I Liqasına vəsiqə qazanacaq.

Qeyd edək ki, pley-offun cavab oyunu iyunun 15-də olacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest