Komandaların sınaq qarşılaşması Senec Məşq Mərkəzində reallaşıb. Slovakiya millisinin qapımıza vurduğu üç qoldan ikisinin cavabını verə bildik.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, yığmamız Slovakiya ilə qarşılaşıb.

Komandaların sınaq qarşılaşması Senec Məşq Mərkəzində reallaşıb. Slovakiya millisinin qapımıza vurduğu üç qoldan ikisinin cavabını verə bildik.

Qeyd edək ki, U-21 yığmamız iyunun 11-də Bolqarıstanla yoldaşlıq görüşündə üz-üzə gələcək. “Liv Bona Dea Arena”da təşkil olunacaq həmin matç saat 20:00-da start götürəcək.

Yoldaşlıq görüşü
7 iyun

Slovakiya – Azərbaycan - 3:2 
Qollar: N. Marçelli, 20, 27, M. Sauer, 72 // S. Abdullayev, 70, A. Salyanski, 89
Senec Məşq Mərkəzi

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest