“Bayer”in baş məşqçisi Xabi Alonso Avropanın ən yaxşı məşqçisi seçilib.

Matc.az xəbər verir ki, o, bu ada hər il keçirilən “Globe Soccer Awards” tərəfindən layiq görülüb.

Xatırladaq ki, bu mövsüm Leverkuzen təmsilçisi ən yaxın izləyicisi “Ştutqart”ı 17 xal qabaqlayaraq Almaniya Bundesliqasının qalibi olub. Həmçinin, Almaniya kubokuna da sahib olublar.

Qeyd edək ki, cari mövsüm “Bayer”, Bundesliqa tarixində mövsüm boyu məğlub olmayan ilk klub olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest