"Aston Villa"nın baş məşqçisi Unay Emeri klubu ilə yeni müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə komandasının rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, ispaniyalı mütəxəssislə yeni müqavilə 5 illikdir. Daha əvvəl, klub Emeri ilə müqavilənin müddətini uzatmaq üçün razılaşdıqlarını açıqlamışdı.

Xatırladaq ki, “Aston Villa”ya qədər Unay Emeri “Vilyarreal”da çalışıb və 2021/2022 mövsümündə Avropa Liqasının qalibi olub. Bundan əlavə, ispaniyalı "Sevilya" ilə bu turnirdə 3 dəfə qalib olub. Emeri PSJ-də də çalışıb və 2018/2019 mövsümündə Fransa çempionu olub. İki dəfə Fransa Kubokunu, iki dəfə Fransa Liqa Kubokunu və iki dəfə də Fransa Superkubokunu qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest