“Bavariya”nın hücumçusu Harri Keyn “Qızıl buts” mükafatını qazanıb. Matc.az xəbər verir ki, ingiltərəli forvard 2023-24 mövsümündə Avropa ölkələrinin liqalarında ən çox qol vurmaqla buna nail olub.

Keyn Almaniya Bundesliqasında mövsümü 36 qolla tamamlayıb. Qitədə onun ən yaxın izləyicisi Almaniya çempionatının digər iştirakçısı olan “Ştutqart”ın üzvü Seru Girassidi (28 qol). PSJ-nin qolçusu Kilian Mbappe isə 27 qolla üçüncüdü.

Qeyd edək ki, Harri Keyn geridə qalan mövsüm bütün turnirlərdə 45 oyuna çıxıb, 44 qol, 12 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest