“Real” klub rekordunu yeniləyib. Matc.az xəbər verir ki, İspaniya çempionu La Liqanın 21 oyununda qol buraxmayaraq buna nail olub.

“Kral klubu” son olaraq XXXVIII turda “Betis”lə qolsuz bərabərə qalıb. Bununla “Real” 1986-87, 1987-88 və 2019-20 mövsümlərindəki rekordu qırıb. Həmin mövsümlərdə komanda 19 görüşdə qapısını toxunulmaz saxlamışdı.

Qeyd edək ki, “Real” geridə qalan mövsümdə La Liqada cəmi 1 matçda məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest