26 May 2024, 17:39
FUTBOL
Yunanıstan kubokunun final oyununda “Panatinaykos” və “Aris” komandaları üz-üzə gəlib.
Matc.az xəbər verir ki, Afina klubu rəqibinə 1:0 hesabı ilə qalib gələrək kuboku öz muzeyinə aparıb. "Panatinaikos"a kuboku gətirən qolu 90+7-ci dəqiqədə Georgios Vaqiannidis vurub.
Xatırladaq ki, ölkə çempionluğunu əldən verdikdən sonra Fatih Terimlə yollarını ayıran “Panatinaykos” Kristos Kontisi komandanın başına gətirib.