26 May 2024, 16:50
FUTBOL
Fransanın PSJ klubu “Krasnodar”ın qapıçı Matvey Safonovla müqavilə imzalamaq üzrədir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində paylaşıb.
Bildilir ki, fransızlar rusiyalı futbolçunun çox istedadlı olduğuna inanır və danışıqlar son mərhələdədir. Müqaviləni bağlamaq üçün son detalları dəqiqləşdirmək qalıb.
Xatırladaq ki, daha əvvəl PSJ-nin Matvey Safonovun transferinə görə Krasnodara 20 milyon avro ödəyəcəyi barədə məlumat yayılmışdı.
Qeyd edək ki, 25 yaşlı qolkiper bu mövsüm “Krasnodar”ın heyətində 30 oyun keçirib, 27 qol buraxıb və 11 dəfə də qapısını toxunulmaz saxlayıb. “Transfermarkt” internet portalına görə rusiyalı qolkiperin təxmini dəyəri 18 milyon avrodur.