26 May 2024, 11:33
FUTBOL
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı oyunu 9300 seyrçi izləyib. Bu, mövsümün ən yüksək göstəricisinin təkrarıdır.
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünün tamaşaçı rekordu təkrarlanıb.
Matc.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, XXXVI turun “Sumqayıt” – “Qəbələ” matçına təsadüf edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı oyunu 9300 seyrçi izləyib. Bu, mövsümün ən yüksək göstəricisinin təkrarıdır.
Xatırladaq ki, XXXII turun “Sumqayıt” – “Qarabağ” görüşündə də eyni sayda izləyici olub. Aprelin 28-də keçirilən görüş də eyni arenada baş tutub.
Qeyd edək ki, 9300 tamaşaçının olduğu hər iki qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.