Ötən gün Türkiyənin “Qalatasaray” klubunda prezident seçkiləri keçirilib.

Matc.az verir ki, İstanbul təmsilçisində prezidentlik uğrunda iki namizəd yarışıb.

Seçkidə, Dursun Özbek 955 səs toplayan rəqibi Süheyl Batumu 3343 rekord səslə qabaqlayaraq yenidən “Qalatasaray”ın prezidenti olub.

Qeyd edək ki, o, ardıcıl ikinci, ümumilikdə isə üçüncü dəfə “sarı-qırmızılılar”ın prezidenti seçilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest