25 May 2024, 16:40
FUTBOL
Mövsümün ikinci yarısında ön plana çıxan "Qalatasaray"ın gənc futbolçusu Barış Alper Yılmaza Almaniya klubunun radarına düşüb.
Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Leypziq" türk vingeri transfer etmək istəyir.
Almaniya klubu 24 yaşlı futbolçu üçün İstanbul təmsilçisinə 23 milyon avroluq rəsmi təklif göndərib. "Sarı-qırmızılar" hələ ki, təklifə cavab verməyib.
Qeyd edək ki, "Qalatasaray" Barış Alper Yılmazı 2021-ci ilin yayında "Keçiörengücü"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm "cim bom"un heyətində meydana çıxdığı 36 rəsmi matçda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.