"Barselona" rəhbərliyi gələcək baş məşqçisi Hans-Diter Flikə köməkçi axtarır.

Matc.az xəbər verir ki, Kataloniya klubu peşəkar karyeralarının sonuna yaxın olan, ispan və alman dillərini mükəmməl bilən futbolçular arasından mütəxəssis tapmaq fikrindədir.

İlk namizədlərinin daha əvvəl Flikin rəhbərliyi altında “Barselona” və “Bavariya”da çıxış edən “Liverpul”un 33 yaşlı mərkəz yarımmüdafiəçisi Tiaqo Alkantara olduğu bildirilir.

Qeyd edək ki, ispaniyalı futbolçu “mersisaydlılar”ı gələn yay tərk edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest