AVRO-2024-ün başlamasına az bir vaxtın qaldığı zamanda Avropa futbolunda VAR qalmaqalı ortaya çıxıb. “Ballinno” şirkəti VAR sistemi ilə bağlı UEFA-nı məhkəməyə verib.

Matc.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Bildirilir ki, şirkət UEFA və “Kinexon”a qarşı patent davası açıb. 13 il əvvəl “ofsayd vəziyyətlərinin aşkarlanması metodu və sistemi” üçün patent aldıqlarını və UEFA-nın bu sistemdən icazəsiz istifadə etdiyini iddia edirlər.

Məhkəmə prossesi Hamburq şəhərində keçiriləcək. Məhkəmənin nəticəsindən asılı olaraq, VAR sisteminin EURO-2024-də istifadəsi təhlükə altında ola bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest