MetroPOLL araşdırma mərkəzi Türkiyədə insanların hansı komandanı dəstəklədiyi ilə bağlı sorğunun nəticələrini müəyyənləşib.

Matc.az xəbər veriri ki, şirkətin prezidenti Özer Sancar sosial media hesabındakı paylaşımında “azarkeşlərin seçdiyi komandalar” ifadəsi ilə yekun nəticələri paylaşıb.

Anketə görə, “Qalatasaray”ın azarkeş sayı 2020-ci illə müqayisədə 4 faiz artaraq 28,6 faizə çatıb. Bu göstərici “Fənərbaxça”da 0,3 faizlik cüzi artımla 25,9 faiz olub. “Beşiktaş”lı azarkeşlər son 4 ildə azalaraq 11,6 faizə düşüb. “Trabzonspor” isə azarkeş sayını 2 faiz artıraraq 5 faizə çatdırıb.

Yekun nəticələrə görə, Türkiyədə ən çox azarkeşi olan komanda “Qalatasaray” klubudur. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest