“Marsel”in 34 yaşlı hücumçusu Pyer-Emerik Obameyanq 2023/2024 mövsümündə Avropa Liqasının ən yaxşı oyunçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Obameyanqın fransızların Avropa Liqasında yarımfinala yüksəlməsində böyük rolu olub. O start heyətində keçirdiyi 11 oyunda 10 qola imza atıb. Qrup mərhələsinin oyunları çərçivəsində isə “Ayaks”la matçda het-trik edib.
Qeyd edək ki, qabonlu futbolçu həm də turniri ən yaxşı bombardir kimi başa vurub. O, həmçinin Avropa Liqasında qolların ümumi sayına görə “Atletiko”nun keçmiş futbolçusu Radamel Falkaonu (30 qol) qabaqlayıb. Marselli forvardın hesabında 34 qol var.
Xatırladaq ki, Obameyanq Fransa klubunda 2023-cü ilin iyul ayından çıxış edir.