Azərbaycan 1-ci Liqasının növbəti mövsümündə çıxış etmək uğrunda keçiriləcək pley-off oyunları ilə bağlı hələ qərar verilməyib. Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda qeyd olunub: “2024/25 mövsümündə I Liqada çıxış etmək uğrunda cari mövsüm I Liqada 9-cu yeri tutmuş klubla II Liqada 2-ci olmuş klub arasında keçirilməli olan pley-off qarşılaşmaları ilə bağlı müəyyən hüquqi məsələlərin həllindən sonra yekun qərar veriləcək. Bununla bağlı ətraflı məlumat açıqlanacaq. 2024/25 mövsümündə II Liqada çıxış etmək üçün cari mövsüm II Liqada 13-cü yeri tutan komanda ilə AFFA Region Liqasının finalçısı pley-off matçları isə əvvəlcədən nəzərdə tutulduğu kimi 29 may və 5 iyun tarixlərində oynanılacaq”.