Verilən qərara əsasən, mövsümün sonunda Xavi ilə yollar ayrılacaq. Belə ki, klub prezidenti Xuan Laporta 44 yaşlı çalışdırıcı ilə görüşüb və ona növbəti mövsümdə komandanı çalışdırmayacağını deyib.
"Barselona"nın baş məşqçisi Xavinin klubdakı taleyinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, Kataloniya klubu bu barədə məlumatı rəsmi saytı vasitəsilə açıqlayıb.
Verilən qərara əsasən, mövsümün sonunda Xavi ilə yollar ayrılacaq. Belə ki, klub prezidenti Xuan Laporta 44 yaşlı çalışdırıcı ilə görüşüb və ona növbəti mövsümdə komandanı çalışdırmayacağını deyib. “Barselona” Xavinin rəhbərliyi altında sonuncu oyununu mayın 26-da səfərdə "Sevilya"ya qarşı keçirəcək.
Qeyd edək ki, məşqçilik fəaliyyətinə 2019-cu ildə “Əl-Sədd” klubunda başlayan Xavi “Barselona”nı 2021-ci ildən çalışdırırdı.